Ekopublika.az
Avropa bankını saxta sənədlərlə aldadan “Gemza Group” 56 min cərimələndi - 1 milyonluq vergi borcu yaranıb
“Gemza Group” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib. Şirkətin 1 milyon manata yaxın vergi borcu var.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Gemza Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş vəsaitin xaricdən geri qaytarılmaması) üzrə inzibati protokol tərtib edilib.
Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq məqsədilə avans yolu ilə ölkə xaricinə 139 min avro vəsait köçürüb. Lakin həmin məbləğin qarşılığında alınan mallar ölkəyə idxal edilməyib və həmin məbləğ iki il keçməsinə baxmayaraq ölkəyə geri qaytarılmayıb.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilib və şirkət ölkədən çıxarılan vəsaitin 20 faizi qədər - 27 min 700 avro (təxminən 56 min manat) məbləğində cərimələnib. Şirkət bu qərardan şikayət verib. Lakin şirkətin apellyasiya şikayəti təmin edilməyib.
Şirkətin rəsmi internet səhifəsində qeyd olunur ki, “Gemza Group” MMC 13 yanvar 2005-ci ildə mühəndislik, təchizat və inşaat şirkəti kimi yaradılıb. Şirkət Azərbaycanda, MDB ölkələrində, BƏƏ və Türkiyədə böyük avadanlıq və xidmət təminatçılarından biri olduğunu bildirir.
Mətbuatda şirkətin rəhbəri kimi Zamin Əliyevin adı çəkilir. Lakin rəsmi mənbələrdə şirkətin qanuni təmsilçisi kimi Kənan Aslanov göstərilir.
Nizamnamə kapitalı 2100 manat olan MMC-nin hazırda vergi borcunun da 1 milyon manata yaxın olduğu məlum olub.
Xatırladaq ki, “Gemza Group” MMC daha əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankını saxta sənədlərlə aldatmaqda da ittiham olunub. Bankdan külli miqdarda kredit götürülməsi ilə bağlı daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı “Gemza Group” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankından kredit alınması üçün zəruri olan maliyyə-təsərrüfat sənədlərini saxtalaşdırmasına və qanunsuz kredit əldə etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 195.2-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
-
Rəsmi xronika10:22İlham Əliyev mərasimdən paylaşım etdi - VİDEO
-
Region10:18Ermənistanda demoqrafik gərginlik: Ölkə "qocalmış cəmiyyət" elan olundu
-
ABŞ10:06Tampın mətbuat konfransı zamanı çəkilən bu FOTO ABŞ-ı qarışdırdı
-
Ekopublika.az08:24Maaşla bağlı qərardan sonra nə dəyişəcək? - Azərbaycanda ilk
-
ABŞ03:18O, çox narahat olmalıdır! - Trampdan Xameneiyə xəbərdarlıq
-
Səhiyyə02:43Bakıda tanınmış cərrah vəfat etdi - Foto
-
Qoroskop01:40Günün ulduz falı: Böyük risklərdən uzaq durun!
-
Nida Təhlil 00:35Danışıqlardan imtina və Trampdan Pekinə zəng: İrana hücum planı işə düşür





















.jpg)

.jpg)









