Panel ev tikintisinə qayıda bilərlər?
Bizi izləyin

Ekopublika.az

Panel ev tikintisinə qayıda bilərlər?

“Hazır bloklardan bina tikintisi hazırda geniş yayılmayıb. Buna baxmayaraq, bu üsulla inşa edilən binalara rast gəlmək olur. Bu tikinti üslubuna görə istehsalat ərazisində bloklar hazırlanaraq tikinti ərazisinə gətirilir. Sonra həmin bloklardan sanki “konstruktor” kimi tez bir zamanda bina ucaldılır. Bu növ tikintinin ən üstün cəhəti binaların tez inşa edilməsidir”.

Bunu Publika.az-a “Value and Sources Konsaltinq” şirkətinin eksperti Rəşad Əliyev panel tikintisinin Azərbaycana qayıdib-qayıtmayacağı ilə bağlı suala cavabında deyib.

O bildirib ki, Çinin “Broad Sustainable Buildings” şirkəti 57 mərtəbəli göydələni 19 günə tikib:

“800 mənzildən və ofis sahələrindən ibarət 180000 kv.m. sahəsi olan bina hazır bloklardan tikilib. Ölkəmizdə hazır bloklardan tikilmiş binalar kimi “Baku Crystal Hall”-u nümunə gətirmək olar. Bununla belə hazır bloklardan bina tikintisi hazırda geniş yayılmayıb. Binaların tez inşa edilməsinin daha bir üslubu panel evlərdi. Məsələn, Rusiyada 17 mərtəbəli panel binanın tikintisi orta hesabla 5-7 ay təşkil edir. Sovet dövründə Azərbaycanda çoxmərtəbəli binaların inşası əsasən panel tikintisi metodu ilə aparılırdı. Yeni yaşayış massivlərinin tez bir zamanda tikilməsi və məskunlaşması məhz bu tikinti metoduna görə baş verirdi.

Hazirda ölkəmizdə çoxmərtəbəli tikinti sahəsində ancaq monolit evlər inşa edilir. 16 mərtəbəli monolit evlərin inşası orta hesabla 2 ilə həyata keçirilir. Həmin binaları daha tez müddətə tikmək olur, ancaq tikinti sürəti yenə də panel tikintisindən əhəmiyyətli dərəcədə çoxdur”.

Məlum olur ki, panel tikintinin xərcləri daha azdır: “Rusiyada (orda bu tikinti sahəsi geniş yayılıb) aşağısı 20% fərq edir. Bizim ölkədə də güman ki, bu rəqəm aşağısı 20% təşkil edərdi. Sadəcə bizim əhali panel evləri bəyənmir. Ona görə də panel evin satışı monolit evin qiymətindən az olacaq. Bu da tikinti şirkətinə sərf etmir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm