Ekopublika.az
Azərbaycanda daşınmaz əmlakın sığortası üzrə müqavilələrin sayı azalıb
2015-ci ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanıb.
Bu barədə Trend İcbari Sığorta Bürosuna istinadən məlumat verir.
Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 133 169 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23 340 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 404 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 8,5% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında da 2,9% azalma, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında isə 57% azalma müşahidə edilib. Qeyd edək ki, ötən ilin may ayı ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma olsa da, sığorta haqlarının məbləğində 73% artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34%-i yaşayış evləri və mənzillər, 1,1%-i inzibati binalar, 17,56%-i isə digər daşınmaz əmlakla bağlı olub.
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var