Köşə
Bakıdan bütün dünyaya Kartanyan mesajı: BİZ BUYUQ!
Tural Turan
Müdafiə Nazirliyindən məlumat verildi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Bildirildi ki, onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib.
Azərbaycan tərəfi erməni əsiri geri qaytardı. Bir sözlə, rəsmi Bakı tərəfindən növbəti humanistlik nümunəsi göstərildi.
Bəs hər an qanımızı gümüş qədəhlərdə içməyə hazır olan düşmənə qarşı bu cür humanist addım atmalıyıqmı?
Yox, mənim sualım deyil, sosial şəbəkələrdə ötən gün saxlanılan erməni hərbçisinin qaytarılmasından sonra ictimai fəalların, fəal kəsimin müzakirə açmaq üçün qoyduqları əsas suallardan biridir.
Azərbaycan tərəfi erməni hərbçini qaytarmaqla Ermənistana və dünya ictimaiyyətinə aşağıdakı ismarışları göndərdi:
Birincisi, araşdırma nəticəsində məlum oldu ki, Azərbaycan ərazisində saxlanılan Artur Kartanyan sadəcə olaraq yolu azıb və diversant deyil. Yəni, günahsızdır. Ona görə də Azərbaycan günahsız birini heç bir halda həbs etmək niyyətində olmadığını göstərdi.
İkincisi, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan Fransa və Rusiyadakı müəyyən dairələrə göstərdi ki, onlardan fərqli olaraq rəsmi Bakı hər zaman beynəlxalq hüquqa və onun aliliyinə hörmətlə yanaşıb. Yəni, bizi özünüzlə müqayisə etməyin! BİZ BUYUQ!
Üçüncüsü, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli atəşkəs bəyanatından sonra Azərbaycan ərazilərinə keçərək diversiya və təxribat hərəkətləri törədən 62 diversantı bu cür “aç burax” aqibəti gözləmir və onlar qanun qarşısında cavab verəcəklər.
Dördüncüsü, erməni hərbçinin sorğu-sualdan sonra qarşı tərəfə qaytarılması Nikol Paşinyanın seçkiqabağı kampaniya dövründə nüfuzuna da müsbət element yazdıracaq addımlardan sayıla bilər.
Beşincisi, Bakı Ermənistanın hərbi rəhbərliyinə mesaj göndərdi ki, günahsızları buraxsaq da, təxribatçıları ən sərt şəkildə hüquqi cəzaya “qonaq edəcəyik”.
Altıncısı, Bakı İrəvanı inandırdı ki, bizim ədalət və mühakimə, sorğu-dindirmə sistemimiz sizinkindən qat-qat ədalətlidir. Yəni, siz 2014-cü ilin iyulunda öz doğmalarının qəbrini ziyarətə gedən günahsız azərbaycanlıların birini öldürdünüz, 2-ni isə 6 il yarım müddətinə həbsdə saxladınız. Biz isə günahsız olduğu sübuta yetirildikdən sonra sizin hərbçinizi (mülki şəxsinizi yox ha, hərbçinizi) saatlar sonra qaytardıq.
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI






































