Köşə
Niyə bütün planet futbol azarkeşidir?
Uşaqlıqdan çözməyə çalışdığım məqam var. Üzərində çox durduğum, dönə-dönə baş sındırdığım, nə qədər uzağa atılsam da bumeranq kimi dönüb qayıtdığım sualla əlləşir beynim. Niyə idman komandalarının bir planet fanatları olur? Niyə biz başqasının bir neçə dəqiqəlik uğuruna özümüzü fəda edirik, əsəblərimizi tarıma çəkib, gecələri yuxusuz qalırıq?
Halbuki başqasının qazandığı bir ton məşhurluğa, bank hesabındakı milyonlara şərik də deyilik.
Halbuki onun getdiyi yolda ayağımızın tozu da yoxdur.
Tərləyən ovuclarımızdan tutmuş, didik-didik sinirlərimiz də bizim qazancımızdır.
Bəlkə özümüzün bu zirvəyə çatacağımızı xəyalımıza da yaxın buraxmırıq. Bəlkə başqasının nəhəng uğurları bizə görə içinə girməyə qorxduğumuz brend mağazalar qədər yad aləmdir.
Uzun sözün qısası, tədqiqatlar sübut edir ki, öz həyatında uğura əli çatmayanların başqasının vurduğu bir qoldan başları gicəllənirmiş. Reaksiyalar da fərqli olur axı… Yanındakının irəlilədiyi yolu arşınla ölçüb, özünü içindəki şeytana qurban verənlər, milyonların itaət etdiyi, məsələn 11 nəfərlik futbol komandasını özünə büt seçir.
İndi kimsə elə məsələn futbolun dərin fəlsəfəsindən danışmağa başlayacaq. Kimsə son oyununa sevinməyə macal tapmadığı komandasını öyəcək. Amma hər şeyin ifratında zərər payı yatır. Başqasının uğuruna səfərbər etdiyin sinirlərini özün üçün də qoruyub saxlaya, içindəki komandanı oyadıb bir məqsədə yönəldə də bilərsən. Çünki həyatından uçan saatların geri gəlmək şansı yoxdur.
Mənim də həyatımda keçici uğurlarımla paralel ömrümü sərf etdiyim mübarizəm var. Hədəfim də dəyişmir. Yalnız məni narahat edən, ən çox da öz rifahım üçün soyunub qurtulmaq istədiyim artıq kilolarım. Son illər arzuladığım çəkimdə, formamda olsam da, verdiyim qurbanların sayı da az deyil.
Sağlam həyat tərzi, "fit" forma anlayışının xarakteristikası mənim üçün bunlardır bəlkə də:
Günün son saatları "yeməyim, artıq kaloridir, onu əritmək var hələ" deyə-deyə vaxtı öldürmək
Ümumiyyətlə günü bütün saatları mədən istəyənlərdən beyninin imtina inadı
Və ümumiyyətlə bu inad sayəsində şüuraltına möhürlənən sağlam qidanı sevib, heç kimin ayırd eliyə bilmədiyi ləzzət çalarlarını duymaq sindromu
Yeməyin yanından ötə-ötə artıq kilo almaq kimi genetik fitri istedad
Onsuz da üzəcəm - deyə artıq bir qismət çörək yemək
Heç kimin sənə irad bildirmədiyi halda ağır çəkinə geri qayıtmaq xofu
Və Murakami demişkən, hər səhər oyananda, özünlə mübarizə ruhunun səndən tez durduğunu hiss etmək
Yəqin ki, məni tükənməyə qoymayan da sonuncudur. Öz üzərimdə xırda-para uğurlarım.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































