Magazin1
İsrafil İsrafilov: “Heç kim teatrın rəhbərliyini məhkəməyə verməyib” - TƏKZİB
Sentyabrın 6-da dünyasını dəyişən xalq artisti İlham Əsgərovla “Azdrama”da vida mərasiminin təşkil edilməməsindən hiddətlənən aktyorların teatr rəhbərliyini məhkəməyə vermələri ilə bağlı xəbərin heç bir əsası yoxdur.
Publika.az-a açıqlama verən “Azdrama”nın direktoru İsrafil İsrafilov belə deyib:
“Kökündən yanlış xəbərdir, heç kim teatrın rəhbərliyini məhkəməyə verməyib. Qaldı ki, İlham Əsgərovla bağlı yaranan narazılığa, bizim münasibətlərimizlə bağlı deyilənlər həqiqətə uyğun deyil. Biz mərhum aktyorla yaxın münasibətdə olmuşuq, bir-birimizə hörmətimiz olub. Mərahim Fərzəlibəyovun quruluşunda “Dağılan tifaq” adlı tamaşada da ona gözəl bir rol verilmişdi. İlham 12 il idi ki xəstəliklə mübarizə aparırdı, müalicə olunurdu. İndi aktyorların onun ölümündən istifadə edərək belə söz-söhbət yaratması anlaşılan deyil. Biz onun ruhuna da hörmətlə yanaşırıq, yaxın günlərdə teatrda xatirə gecəsi təşkil olunacaq”.
Cəvahir Səlimqızı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq