Magazin1
“Eurovision-2016”nın ikinci yarımfinalçıları bəlli oldu - FOTO
Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
Publika.az xəbər verir ki, bu mərhələdə 18 ölkə - Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri final uğrunda yarışıb.
Yarımfinal mərhələsində iştirak edən 18 ölkə təmsilçilərinin çıxışlarından sonra 15 dəqiqə ərzində iştirakçılara səs göndərmək mümkün olub. Sonra səsvermənin nəticələri elan edilib. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. İkinci yarımfinaldan finala vəsiqə qazanan ölkələrin sıra ardıcıllığı belədir: Latviya (1), Gürcüstan (2), Bolqarıstan (3), Avstraliya (4), Ukrayna (5), Serbiya (6), Polşa (7), İsrail (8), Litva (9) və Belçika (10).
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçiriblər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 14-də Avropanın “Bir araya gələk” devizi altında təqdim olunacaq 61-ci “Eurovision” mahnı müsabiqəsinin finalında çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.
Müsabiqənin ikinci yarımfinalı dünyanın 50-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Milyonlarla televiziya tamaşaçısı isə bu möhtəşəm şounu izləmək şansı əldə edib.
Xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO








































