Dilqəm Əhməd sevgilisini məyus etdi – FOTO
Bizi izləyin

Magazin1

Dilqəm Əhməd sevgilisini məyus etdi – FOTO

Dilqəm Əhməd sevgilisini məyus etdi – FOTO

Gənc yazar Dilqəm Əhməd keçmişdə yazdığı sevgi statuslarına görə xəcalət çəkdiyini deyib.

Publika.az xəbər verir ki, kədəri özünə əbədi dost seçən Dilqəm sosial şəbəkədə paylaşdığı statusla keçmiş sevgililərini məyus edib: “Siz də mənim kimi “memory”yə baxanda köhnə statuslarınızı silirsiniz? 2012-ci ildə hər gün sevgidən nə qədər status yazırmışam, indi oxuyanda adam utanır”.

Dilqəm Əhmədin şeirini təqdim edirik:

Ayrılığı hiss edən daraqlar

haradansa xatırlayıram,

sevməyi öncə barmaqlar hiss edir

ayrılıqları isə

aylarla saça toxunmayan daraqlar hiss edir.

haradansa xatırlayıram

daş-kəsək içindən çıxaraq

günəşə “azadam” deyən çiçəyə tikan,

onu kökündən qoparıb bir kənara tullayana

insan deyirlər.

haradansa xatırlayıram

azadlığı, tikanı, daraqları sevməyən sevgilini.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm