Nida Xəbər
Özbəkistan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Daşkəndə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyası məlumat yayıb.
Özbəkistan Prezidenti səfirlə görüşündə Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatdığını bildirib. Qarşılıqlı ticarət 40 faizə, birgə müəssisələrin sayı isə təxminən 450-yə çatıb, yükdaşımaları ikiqat artıb.
Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcmini yaxın gələcəkdə 10 milyard dollara çatdırmaq üçün iddialı məqsəd qoyulub.
Qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi vurğulanıb.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
