Magazin1
Çadır düşərgəsində böyüyən azərbaycanlı qız moda dünyasını silkələdi - VİDEO
Səidə Muradova Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Nəhayət Nyu-Yorka yollanıb.
Bu barədə Nyu-Yorkda özünün Object & Dawn baş bəzək aksessuarları brendini yaradan azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında yerləşdirilmiş videoreportajda deyilir.
Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələrinə əsaslanır. O, baş bəzək aksessuarlarının nümunəsini işləyib hazırlayır, daha sonra o yeddi ölkədə istehsalçılarla tərəfdaşlıq şəraitində işləyərək onların istehsalını təşkil edir. Azərbaycanlı modelyer öz təcrübəsində qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.
"Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, - Səidə Muradova deyir.
(virtualaz.org)
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi