Magazin1
Röya Flora və Aygünlə bağlı ŞOK FAKTI AÇDI: "Şəkillər də var..." - VİDEO
Röya Ayxan Baku.ws saytının feysbuk səhifəsinin canlı yayımında şok etiraflar edib.
Publika.az xəbər verir ki, müğənni canlı yayıma oğlu Hüseynlə birlikdə qatılıb. Müğənni Flora Kərimova ilə arasında yaşanan gərginlik haqqında danışıb:
“Flora xanım çox böyük səhv etdi. Onun qızının toyuna getmişdim, şahidlər və şəkillər də var ki, əlimi öpmək istədi. İcazə vermədim, dedim nə edirsiniz? Cavabında dedi ki, sən mənə şərəf verdin. Sonra junralist dostlarımdan biri mənim şəklimi çəkdi, onlara barmaqla işarə göstərdim. Bu şəkli ona aparıb göstərib və deyiblər ki, bunu ona göstərmişəm. Allahıma and olsun ki, şəklin Flora xanımla heç bir əlaqəsi olmayıb. Bunu zarafatla etmişdim. Bundan sonra münasibətlərimiz korlandı. Əslində Flora xanımın soyuqluğu rəhmətlik İlhamə Quliyeva məni çox istəməyə başlayanda yaranmışdı. İndiyə qədər də bunun davası gedir. Amma mən həmişə hər kəsə hörmətlə yanaşmışam”.
Röya Ayxan daha sonra Aygün Kazımova ilə aralarında baş verənlərə aydınlıq gətirib:
“Aygün Kazımova ölməz əfsanədir. Amma mənə qarşı çox böyük kompleksi var. Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlərim olub. Bütün bunlara səbəbkar özüdür. Bu, Çarli Çaplinin dostluğuna oxşayır, ayıq olanda başqa cür, olmayanda başqa cür münasibət göstərir. Bu yaxınlarda guya mənə barışıqı əlini uzadıb. 15-16 yaşımda burnu yekə, eybəcər görüntülərimi paylaşıb. Bu jest deyil. Hər dəfə tədbirlərdə onu görəndə yaxınlaşıb salam verirəm. “Altın Kelebey”i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Ölkəmə bu mükafatı gətirdiyim üçün təşəkkür edərdi. Onda deyərdim ki, mənə jest edib. Onda gedib əlini öpərdim ki, mənə qarşı olan kompleksini atdı. Bilirəm ki, kompleksi özündən kənarlaşdıran deyil”.
Röya bildirib ki, Aygün Kazımova şou və əsfanəvi qadın olsa da, onun mahnılarını dinləyəndə ağlayır.
“O, yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacağam. Mənim kimi ağıllı qadın dostu yoxdur. Amma istəsəydi, vaxtında ola bilərdim”.
Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərin onun haqqında səsləndirdiyi tənqidlərə ilk dəfə geniş cavab verib. Röya onunla barışmaq niyyətində olmadığını xüsusi vurğulayıb və atmacalar atıb:
“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır. Anam, atam və ailəm var. O, kimdir ki, efirə çıxıb bu sənətə hansı yolla gəldiyini bilirik desin. Hansı yolla?
Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Onu tanıdım deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart, yerə qoy”.
-
Səhiyyə19:23
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - SAXLANILANLAR VAR
-
Hadisə19:10
Nəsimidəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ