2018-də Azərbaycanda hər kəsi YASA BOĞDULAR: sarsıdıcı İTKİLƏR/FOTO
Bizi izləyin

Magazin1

2018-də Azərbaycanda hər kəsi YASA BOĞDULAR: sarsıdıcı İTKİLƏR/FOTO

İlin yekunları ilə əlaqədar olaraq ötən il vəfat edən sənət adamlarını xatırlamışıq.

Publika.az 2018-ci ildə Azərbaycan mədəniyyətində yaşanan itkiləri təqdim edir:

Vüqar Mahmudoğlu

Bir müddət ürək xəstəliyindən əziyyət çəkən aşıq Vüqar Mahmudoğlu 2018-ci ilin əvvəlində infarkt nəticəsində xəstəxanada vəfat edib.

Zərnigar Ağakişiyeva

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında fevralın 8-i Yasamal rayonunda yaşadığı evdə vəfat edib. Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəticələrinə görə, tənha yaşayan aktrisa ürək tutmasından keçinib.

Tahir Əkbər

Bəstəkar Tahir Əkbər ölüm ayağındadır

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbər bu ilin martında 72 yaşında beyin insultundan dünyasını dəyişib.

Fuad Poladov

Azərbaycanın Xalq artisti Fuad Poladov mayın 4-də 69 yaşında xərçəngdən dünyasını dəyişib.

Yuri Baliyev

Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev martın 27-də uzun sürən xəstəlik nəticəsində 69 yaşında dünyasını dəyişib.

Xanlar Məhərrəmov

Image result for xanlar meherremov

Uzun müddət qaraciyər çatışmazlığından əziyyət çəkən Aşıq Azər Xanlaroğlu mayın 12-də müalicə aldığı xəstəxanada vəfat edib.

Xəyyam Mirzadədə

İlham Əliyev Xəyyam Mirzəzadənin ölümü ilə bağlı nekroloq imzaladı

Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Xəyyam Mirzəzadə 30 iyulda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Böyükağa Məmmədov

Xalq artisti vəfat etdi

Ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edən Xalq artisti Böyükağa Məmmədov yanvarın 17-də 90 yaşında həyatını itirib.

Ədalət Ziyadxanov

Image result for Ədalət Ziyadxanov

Uzun müddər ruhi xəstəxanada müalicə alan tanınmış teatr rejissoru Ədalət Ziyadxanov sentyabrın 13-də dünyadan köçüb.

Anar Nağılbaz

Image result for anar nagilbaz

Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən məşhur reper avqustun 3-də vəfat edib. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada keçinib.

Həsənağa Sadıqov

Image result for Həsənağa Sadıqov

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Həsənağa Sadıqov avqustun 1-də 67 yaşında vəfat edib.

Amaliya Pənahova

Image result for amaliya pənahova

Xərçəng xəstəliyini hər kəsdən gizli saxlayan Xalq artisti noyabrın 8-də 73 yaşında dünyadan köçüb.

Həsənağa Adıgözəlzadə

Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Əməkdar incəsənət xadimi Həsənağa Adıgözəlzadə aprelin 30-da dünyasını dəyişib.

Tokay Məmmədov

Image result for tokay məmmədov

Xalq rəssamı, heykəltaraş mayın 2-də 90 yaşında vəfat edib.

Novruz Novruzlu

Image result for novruz novruzlu

Azərbaycanda mistik musiqi qrupunun peşəkar səviyyədə ilk qurucusu, tanınmış aktyor və müğənni Novruz Novruzlu noyabrın 19-u gecə saatlarında gözlərini əbədiyyən yumub.

Kamil Vəzirov

Image result for kamil vəzirov

Uzun müddət bir sıra xəstəliklərdən əziyyət çəkən Xalq artisti və məşhur qarmon ustası Kamil Vəzirov fevralın 13-də vəfat edib.

Aşıq İsfəndiyar

Aşıq İsfəndiyar vəfat etdi

Tanınmış aşıq uzun sürən xəstəlikdən sonra fevralın 9-da 81 yaşında dünyasını dəyişib.

Gülcahan Güləhmədova

Xalq artisti vəfat etdi

Xalq artisti, dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova xəstəlik nəticəsində 92 yaşında dünyadan köçüb.

Zahid Əliyev

Bir neçə gün öncə isə tanınmış klarent ifaçısı Zahid Əliyevin qəfil ölümü onun yaxınları və Azərbaycan musiqi aləmini dərindən sarsıdıb.

Allah Rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm