Magazin1
Azərbaycanın ən yaraşıqlı kişisi tələbəsinə AŞİQ OLDU - VİDEO
“Azərbaycanın ən yaraşıqlı kişisi” kimi tanınan məşhur model Rüstəm Cəbrayılov yeni filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə model özü məlumat verib. O bildirib ki, ekran işi müəllimin öz tələbəsinə vurulmasından bəhs edir:
“Film dram janrındadır, baş rolda tərəf müqabilimi Gülzar Qurbanova canlandırıb. Azərbaycanda müasir kino öz inkişaf dövrünü yaşayır, bununla belə hesab edirəm ki, çox uğurlu layihə olacaq. Astromoniya müəllimi rolunu canlandırmışam və tələbəmə aşiq oluram. İki insanın kədərli sevgi hekayəsi təsvir olunub. Həqiqətən maraqlı və təsirlir filmdir”.
R.Cəbrayılov “Film xoşbəxt sonluqla bitəcəkmi” sualına belə cavab verib: “Bir-birimizə qovuşa biləcəyimiz və ya bilməyəcəyimiz qoy sirr qalsın. Bunu ancaq filmi izlədikdən sonra biləcəksiniz”.
"Caspian Media Holding”in istehsalı ilə çəkilən filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradovdur.
“Caspian Media Holding” filmlə bağlı İnstaqramda məlumat yayıb. Bildirilib ki, layihə görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında çəkilib.
"Biz heç vaxt ayrılmarıq! Mən səni heçkəsə vermərəm, mənimsən. Mütləq bu sevgi hərşeyə qalib gələcək deyib ayrılırıq. Ayrılanda da əminliklə biz mütləq görüşəcəyik deyə söyləyirik. Bəzən sonuncu ehtimal doğru çıxır. Biz görüşürük... Artıq gec olanda. Sevgi incəlik və həssaslıqla yanaşılacaq nazik mətləbdir. Görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında çəkilmiş filmdə də bu mövzulara yer verilib” .
Xatırladaq ki, azərbaycanlı model 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olub. Bu hadisədən sonra o, Azərbaycanın ən yaraşıqlı kişisi kimi şöhrət qazanıb.
Aytən Məftun
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır






.png)
































