Magazin1
Səidə Sultan əsəbiləşdi: "Siz kimsiniz?"
“Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaq arası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünə qəsd etmək dərəcələrinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik! Heç kəsin ixtiyarı deyil kiməsə bildi, ya bilmədi çıxsın, ağzına gələni desin! Bəlkə elə mənim qohumum, ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?"
Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan instaqramda yazıb. Sənətçi məşhurların efirlərdə biabır edilməsi məsələsinə toxunub:
"Bu, o deməkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələr gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Tək müğənnilərdən söhbət getmir. Bəzi “qurddanquşluq” eləyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!
Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Çünki heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz!”.
Xatırladaq ki, keçən həftə müğənni Aysel Əlizadə və Sevda Yəhyayeva barədə Xoşqədəm Hidayətqızının proqramında sərt ittihamlar səslənmişdi.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi