Magazin1
Azyaşlı xanəndə Sami Yusifi HEYRAN QOYDU - VİDEO
İyunun 30-da Bakıda keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılışı ilə bağlı olaraq əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan məşhur müğənni Sami Yusif Bakıya gəlib.
Publika.az xəbər verir ki, bir neçə gündür Bakının qonağı olan müğənni Heydər Əliyev Mərkəzində baş tutacaq tədbirin açılışında səhnəyə azərbaycanlı ifaçılarla birlikdə çıxacaq. Əldə etdiyimiz məlumata əsasən, Sami Yusif Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun səsinə xüsusilə heyran qalıb.
Əməkdar artist Publika.az-a verdiyi açıqlamada qeyd edib ki, konsert proqramında oğlu ilə özünün də ifası olacaq:
“Aşıqlardan ibarət musiqiçilər, nağara və tar kimi milli musiqi alətlərin müşayiəti də konsertdə yer alacaq. Hazırda məşqlərimiz gedir.
Oğlum Sami Yusifin öz istəyi ilə konsertdə görkəmli musiqiçilərlə birlikdə səhnəyə çıxacaq. Bir kompozisiyanın tərkibində Sami bəy ifa edəcək, oğlum isə muğam avazları ilə onu müşayiət edəcək, digər repertuarda mən, Əməkdar artist Sevda Ələkbərzadə və aşıq Samirə ifa edəcək”.
Qeyd edək ki, Sami Yusif Kənan Bayramovla məşq prosesindən eksklüziv görüntüləri insaqramda paylaşıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
