Magazin1
Model Rüstəm Cəbrayılov möhtəşəm SEVGİ DRAMINDA - VİDEO
““Nazik Mətləb” filminin son tamamlama işləri gedir. Sirr deyil ki, ölkə kinoteatrlarında ən çox komediyalar satılır. Hesab edirəm ki, bu film istisna olacaq. Sevgi haqqında ən sevimli filmə baxmamaq olar?”
Publika.az xəbər verir ki, bu sözləri məşhur model Rüstəm Cəbrayılov “Caspian Media Holding”in istehsalı ilə çəkildiyi film haqqında danışarkən deyib. Möhtəşəm sevgi dramı ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan ulduz filmdə ən çox çətinlik çəkdiyi kadrları paylaşaraq təəssüratlarını qeyd edib:
“Telefonla çəkilən kadrlardan bir hissəsini sizlərlə bölüşüb və ümid edirəm ki, bəyənərsiniz, fikirləriniz önəmlidir. Qışın oğlan çağında -2 dərəcədə yağışın altında üstümüzə 24 ton su tökülmüşdü. 8-9 saat çəkdiyimiz əziyyətin, inşallah, bəhrəsini görərik, eyni zamanda ölkəmizdə filmin inkişafında bu filmin önəmli bir yer tutacağına ümid edirəm”.
Qeyd edək ki, ekran işi müəllimin öz tələbəsinə vurulmasından bəhs edir. “Film dram janrındadır, baş rolda R.Cəbrayılovun tərəf müqabilini Gülzar Qurbanova canlandırıb. Astromoniya müəllimi rolunu canlandıran model ssenariyə əsasən öz tələbəsinə aşiq olur. Əsərdə iki insanın kədərli sevgi hekayəsi təsvir olunub.
"Caspian Media Holding”in istehsalı ilə çəkilən filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradovdur. Layihə görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında çəkilib.
Xatırladaq ki, azərbaycanlı model 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olub. Bu hadisədən sonra o, Azərbaycanın ən yaraşıqlı kişisi kimi şöhrət qazanıb.
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?






.png)





























