Magazin1
Məşhur türk müğənnisi azərbaycanlı xəstə qız üçün konsert verəcək
Məşhur rok müğənnisi Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda xeyriyyə konsert proqramı ilə çıxış edəcək.
Publika.az xəbər verir ki, bu barədə sənətçi tvitterdə məlumat yayıb. O, qeyd edib ki, bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı xeyriyyəçilik təklifinə Azərbaycandan cavab gəlib.
“Azərbaycan Suraya səssiz qalmadı. Onun yaxşılaşması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. “Nargis Fund”un dəstəyi ilə 7 dekabrda Bakıdakı “Elektra Events Hall”da konsert olacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq” , - deyə o, qeyd edib.
Xatırladaq ki, H. Levent bundan əvvəl 22 yaşlı Suranın sağalması üçün 400 min lirəyə ehtiyacı olduğunu bildirmişdi və buna görə Azərbaycanda heç bir qonorar almadan konsert verməyə hazır olduğunu qeyd etmişdi.
Məlumat üçün onu da bildirək ki, Haluk Levent Türkiyədə xeyriyyəçi kimi tanınır. O, ağır xəstəlikdən əziyyət çəkən insanlar, həm də ailəsinin zorakılıq və təzyiqlərinə məruz qalan qadınlar üçün mütəmadi olaraq yardım kampaniyaları təşkil edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
