Magazin1
Xalq artisti danışdı: “Millət vəkili qədər...” - VİDEO
Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramının dünənki buraxılışında qonaq olub.
Publika.az xəbər verir ki, sənətçi Dadaş Dadaşlinskinin “Bakı Dövlət Universitetinin Hüquq fakültəsini niyə yarımçıq qoydunuz” sualına aydınlıq gətirib. O, bildirib ki, universitet təhsilinin olmasını anası təkid edib:
“Anamın arzusu idi ki, universitet təhsilim olsun. İmtahanları vermək üçün oxumaq lazımdır. Oxuya bilmədim odur ki, yarımçıq qaldı. Dərslərə gedə bilmədim, vaxtım olmadı”.
Müğənni açıq şəkildə etiraf etməsə də, onun universitet təhsili ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Rüşvət verdiyinə dair eyham vuran sənətçi sözlərinə belə davam edib: “Bu, çox uzun məsələdir, təbii ki, bizim kimi tələbələr var, bəli var. Bəzi məqamlar baş vermişdi, amma lazım olan imtahanlar verilmişdi. Tam dərinliyə getməyək”.
Xalq artisti aparıcının millət vəkili seçilmək istəyinin olub-olmaması ilə bağlı verdiyi suala isə etiraz edib: “Düşünürəm ki, millət vəkili qədər lazımi insanlara lazımi dəstəyimi göstərirəm. Qoy orda başqa adamlar olsun. Mən öz sənətimlə məşğulam”.
"Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualına müğənninin cavabı da səmimi olub:
"Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin dozasını qaçırtdım. Üzr istəyirəm” deyə, Röya gülərək, bildirib.
Röya Ayxan verilişdə şəxsi həyatına dair da maraqlı açıqlamalar verib: “İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, “Röya xala, “peraşki” qurtardı deyə boşandınız?”. Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil.
Hər nə olsa da, keçmiş həyat yoldaşımın ailəsinin həmişə yanındayam. Bizi birləşdirən sağlam körpü var, o da mənim oğlum - Hüseynimdir. Çünki mən onların qanını daşıyıram. Oğlum onların nəvəsidir. Onlara dəyən daş bir növ mənim oğluma da dəyir. Özüm uşaq vaxtı çox əziyyət çəkmişəm, anam qapını bağlayırdı, bizi illərlə atama göstərmirdi. Odur ki, eyni hadisəni oğlumun yaşamasına icazə vermərəm”.
Qeyd edək ki, xalq artistinin keçmiş əri Anar Cəlilovun atası Çingiz Cəlilov “Çudo Peçka” mağazalar şəbəkəsinin sahibi idi. “Çudo Peçka” MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub.
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ