Magazin1
Azərbaycanlı aktyordan ÇAĞIRIŞ: “Başa düşürəm, vəziyyət çətindir, amma...”
“Mən başa düşürəm, vəziyyət çətindir, sağlamlığımızı qorumalıyıq. Əlbəttə, tələblər qeyd-şərtsiz icra olunmalıdır. Amma sizdən xahiş edirəm, imkanınız çatırsa, maddi vəziyyətiniz imkan verirsə, müxtəlif heyvan sığınacaqlarına da yardımlar edəsiniz”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Sənan Əlləz instaqramda paylaşdığı fotoya qeyd edib.
“İmtahan” serialının ulduzu izləyicilərini heyvanlara laqeyd olmamağı səsləyib: “Əgər maddi yardım edə bilmirsinizsə, yemək yediyiniz zaman tökülmüş çörək qırıntılarını və ya evinizdə artıq qalan çörəkləri ovub pəncərənizin qarşısına, eyvanınıza qoyun, mütləq bir quş gəlib yeyəcək. Artıq qalmış yeməkləri zibil qutusuna tökməyin, ayrıca bir bağlamada zibil qutularına yaxın bir küncə qoyun. Mütləq bir sahibsiz it, pişik və ya hansısa sahibsiz canlı yeyəcək!”
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl






.jpg)



























