Hadisə
Məktəbdə tüstülənmə: direktor və üç nəfər xəstəxanalıq oldu
Yevlax məktəbində tüstülənmə olub.
Publika.az xəbər verir ki, Mərkəzi-Aran Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.
Tüstülənmə nəticəsində direktor, katib-makinaçı, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.
Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur






.jpg)































