Magazin1
Qızı Rafael Dadaşovun ölümündən yazdı: “Sağlığında buna cürətləri çatmazdı”
“Artıq bizi tərk etdiyin 40 gündür... Sənin haqqında “öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Mən “tərk etdi” deyirəm”.
Publika.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova sosial şəbəkədə yazıb. Atası ilə fotosunu paylaşan müğənni xatirələrini və ürək sözlərini izləyiciləri ilə bölüşüb:
“Axı sən ölməmisən, mənim ürəyimdə yaşayırsan. Düz 40 gün öncə, 16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü.
Yoxluğundan istifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna çox təəccüb etmədim əslində. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behişt olsun, atam. Mənə demişdin qızım, güclü ol, çünki mənim qızımsan. Sənə söz verdiyim kimi olacam. Ölməz əfsanəvi atam”.
Xatırladaq ki, R.Dadaşovun əmisi qızı, Xalq artisti Brilliant Dadaşova bir neçə gün əvvəl İnstaqramda aktyorun ölümü ilə bağlı qalmaqallı fikirlər səsləndirmişdi:
“Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə, öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.
Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki 2 ay” sözlərini yazmışdı.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov


















.jpg)
.jpg)
















