Avropa
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən danışıqlarda 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts məlumat verib.
O qeyd edib ki, müzakirələr dekabrın 17–18-də keçiriləcək növbəti sammitdə davam etdiriləcək. Yeni büdcənin necə formalaşdırılmalı olduğuna dair mövqelər hələ də ciddi şəkildə fərqlənir və danışıqların hazırkı mərhələsində bu, təəccüblü deyil. Kanslerin vurğuladığına görə, bir-birindən xeyli fərqlənən mövqelərin yaxınlaşdırılması üçün vaxt tələb olunacaq.
Onun sözlərinə görə, büdcə ilə bağlı danışıqlar “tamamilə yeni bir dövrdə” aparılır və buna görə də yekun qərara gəlmək mümkün olmayıb.
Merts bunun təəccüblü olmadığını bildirib və başqa nəticə gözləmədiyini əlavə edib.
Avropa İttifaqına üzv ölkələrin liderləri danışıqları dekabrın 17-də bərpa edəcəklər. Yaxın vaxtlarda yekun müzakirə mərhələsi keçiriləcək. Həmin mərhələdə Avropa Şurasının sədri Antoniu Koşta müzakirələrin yekunlarını təqdim edəcək, bundan sonra iştirakçılar ölkələrinə qayıdacaqlar.
Bundan əvvəl İtaliyanın Baş naziri Corca Meloni ittifaqın yeni büdcəsində vəsaitlərin bölüşdürülməsini ədalətsiz adlandırıb. O, sənədin qəbul edilməsi ilə bağlı razılığa gəlinməsinə hələ çox qaldığını da əlavə edib.
Hüseyn İbadlı
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial26 Noyabr 22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ26 Noyabr 22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı





































