Magazin2
“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
Britaniyanın “Vogue” jurnalı ilin ən dəbli cütlüyünün adını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
İlin ən dəbli cütlükləri reytinqinə Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton başçılıq ediblər.
“Onun zərif gecə libasları hər zaman heyranlıq doğurur. Xüsusilə də bu libasları ailə arxivindən seçilmiş parlaq aksesuarlarla tamamladığı və şahzadə Uilyamla qol-qola göründüyü zaman”, – deyə redaktorlar bildiriblər.
İkinci yerdə müğənni Dua Lipa və onun həyat yoldaşı, aktyor Kallum Törner qərarlaşıb.
“Onun “Chanel” tərəfindən hazırlanmış gəlin obrazı, şübhəsiz ki, bu ilin ən yaxşısı olub. Yüksək moda üslubunda tikilmiş gəlinlik Matye Blazinin gəlinlik modasında nəyə qadir olduğunu nümayiş etdirib. Bununla yanaşı, 2026-cı ilin ən dəbli bəyi mükafatı Louis Vuitton kostyumunda “hə” deyən Kallum Törnerə verilir”, – deyə redaktorlar yekunlaşdırıblar.
Yayda “Vogue” jurnalının İtaliya nəşrinin redaktorları mikrotopları yayın trendi elan ediblər. Ekspertlərin sözlərinə görə, müxtəlif rəng və fasonlarda olan mikrotoplar dəbdə olacaq.
Hüseyn İbadlı
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı
-
Magazin126 Noyabr 23:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman26 Noyabr 22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial26 Noyabr 22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi







.jpg)





























