Magazin1
Zaur Fədayəni Moskvada tapdı - VİDEO
“Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə qoşularkən deyib.
“Hələlik Moskvaya birdəfəlik köçmək kimi fikrim yoxdur. Vətəni tərk edə bilmərəm. Osuz da Laçından ayrı düşün Bakıya gəlmişik. Bakıdan da birdəfəlik ayrı düşə bilmərəm”.
Sənətçi Moskvada mənzil kirayələyib, orada oğlu ilə birgə qaldığını söyləyib:
“Üç aya yaxındır ki, ev kirayələmişəm, oğlum Əlhəmlə birlikdə qalıram. Saçlarım da ağarıb. Bir aydan sonra 44 yaşım olacaq”.
F.Laçın oğlu Əlhəmin evlənmək istəmədiyini bildirib:
“Əlhəmin hələ ki evlənmək niyyəti yoxdur. O, ağıllı uşaqdır. Nə zaman evlənmək istəsə, o vaxt özüm onu evləndirəcəyəm. İndi 26 yaşı var, 30 yaşına kimi evləndirmək istəyirəm. O isə mənə deyir ki, “hələ başım xarab olmayıb ki, ailə həyatı qurum”.
Verilişin aparıcısı Zaur Baxşəliyevin “Konsertlərdən sən nə qədər pul qazandın ki, Moskvada qalıb, yeyib-içirsiniz və pul bitmir?” sualına müğənni belə cavab verib:
“Konsertdən qazandığım pul çoxdan bitib. Pis də qazanmadım. Amma Moskvada hər şey Bakıdan qat-qat bahadır. Xərclərimiz çoxdur. Burada dostlarım mənə yardımlar edib, əl tuturlar”.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, ötən ilin oktyabrın 29-da azadlığa çıxıb. Sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu. / oxu.az
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
