Magazin1
Aparıcı Zaurdan KƏSKİN SÖZLƏR: “Niyə bunları əkib-doğub tökürsünüz?” - - VİDEO
Video əlavə olunub.
xxx
“Qızın qaçmasına bədbəxtçilik deyirik. Bədbəxtçilik savadsızlıqdır. Belə savadsız vətəndaşların sayını artırmağın nə mənası var? Ona savad verə bilmiriksə, niyə artıraq savadsız, cahil insanları?”.
Publika.az xəbər verir ki, Zaur Baxşəliyevin dünən “Bizimləsən” verilişində söylədiyi bu ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aparıcı proqramına qatılan 18 yaşlı oğlanın yazıb-oxumağı bacarmadığını bildirib və övladına təhsil verə bilməyən valideynləri kəskin tənqid edib:
“Keyfiyyətli artım olmalıdır. Niyə bunları doğub küçələrə tökürsünüz? Adam var 60 yaşında ata olur, amma uşağını oxutdurur. Bunun yaş yox, cahilliklə əlaqəsi var. 18 yaşında oğlan hərf tanımır. Sovet dövründə məktəbə uşaq getməyəndə hamı ayağa qalxırdı. Məktəb direktoru belə bilirdi ki, uşaq məktəbə gəlməyib. İndi müəllimlər niyə maraqlanmırlar?
Bu kimi həssas və olduqca ciddi məqamlarda qəyyumluq, himayə şöbəsi hara baxır? Bir ailədə üç uşaq böyüyür, heç biri də nə oxumağı, nə də yazmağı bacarır. Savadsızdırlar.
Niyə onlar bu uşaqlarla maraqlanmır? Bəlkə valideynin əqli qüsuru, ruhi problemi var və ya uşağını doğru-düzgün məktəbə yola sala bilmir. Bizə pənah gətirən bu qardaşlar qeydiyyatda belə yoxdur. Heç şəxsiyyət vəsiqələri də mövcud deyil. İraq olsun, birdən gedib hər-hansısa cinayət törətsə, bunu haradan axtarıb tapacaqlar? Burada vətəndaşın məsuliyyətsizliyini kənara qoyuram. Birbaşa məsuliyyəti daşıyan xüsusi qurumlar var ki, onlar bu uşaqlarla yaxından məşğul olmalıdır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
