Magazin1
Xalq artistindən qadınlıq dərsi: “Yalvarmaq bacarığını…”
Xalq artisti Flora Kərimova sözləri Fikrət Qocaya, musiqisi Oqtay Kazımiyə aid olan “Qaytar eşqimi” mahnısının maraqlı hekayəsini bölüşüb.
Publika.az xəbər verir ki, görkəmli sənətkar bu ifasının onun çox “başını ağrıtdığını” bildirib.
“Bu “başağrısı” mahnılarımdandır! Mahnıya qadağa səbəbini o vaxtın rəhbərliyi – “siz bu ifanı sovet qadınına xas olan tərzdə ifa etmirsiniz. Bir az çəkingənlik, yalvarış lazımdır” sözləriylə izah edirdi”.
İfaçı göstərilən bəhanələrlə heç bir halda razılaşmadığını, qadınlıq qürurunu ifalarında da qoruduğunu vurğulayıb:
“Təbiətimdə olmayan xüsusiyyətləri oxuduğum mahnıya necə yansıtmaq olardı?! Allahım o “istedadı” - yalvarmaq bacarığını xasiyyətimdən əlləri ilə silib. Bu ifada da sevgi dilənən bir qadın görmürdüm deyə onlar dedi, mən dedim...
İllər sonra ifamla, mənim mahnıya münasibətimlə razılaşmalı oldular və efirdə öz təkidləri ilə səsləndirdilər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
