Magazin1
Xalq artisti HƏQİQƏTİ AÇIQLADI: “Yıxılana təpik vurmaq vərdişindən uzaqdır”
“Dostlar, bütün dünyanı sarsıdan bu bəla bizim də ölkəmizi çətin vəziyyətə salıb. Hamımız stress halında yaxınlarımızı qorumağa çalışırıq. Hər gərgin situasiyanı zarafatla yumşaltmaq istəyən şəxslər adətən intellektual insanlardır. Sözbazlığı edib, kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevin sosial şəbəkədə müzakirələrə səbəb olan statusu haqqında danışarkən deyib:
“Hoteldə bir neçə vətəndaşın səhv hərəkətini zarafatyana, istehza ilə şərhləndirib paylaşdığına görə Cahadın sözləri təhrif olunmuş şəkildə təqdim olunub və instaqram səhifələrinə yerləşdirilib. Bu məntiqsiz fikirləri anlamaq çətindir. Fəxr edirəm ki, oğlum yıxılana təpik vurmaq vərdişindən uzaq şəxsdir”.
Daha sonra sənətçi oğlunun bu yaxınlarda tələbələr üçün hazırladığı layihənin kölgədə qalmasına təəssüfləndiyini qeyd edib:
“Cahadın aztəminatlı ailələrdən olan şagirdlərin pul xərcləmədən institutlara hazırlaşması üçün öz şəxsi vəsaiti hesabına 2 ildən çox üzərində işləyib yaratdığı layihə bəzi insanların qısqanclığına səbəb olub. Odur ki, övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər. Bu dövlətin qanunları var. O insanlarla vəkil danışacaq, özü də məhkəmədə”.
Qeyd edək ki, məşhur müğənninin oğlunun “Fairmont Baku” hotelində karantin rejiminin pozulmasını qınayanlar haqda yazdığı postu müzakirələrə səbəb olub. O, “Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər” deyə yazıb.
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı






















.png)












