Magazin1
Oksana Rəsulova: “Sevgisi mənimkindən daha çoxdur”
Bəzi məsələlər var ki, onu heç kim bilmir, insan acizdir bəzi məqamlarda. Xoşbəxtlik insanın arzularının reallaşmasıdır. Lakin elə arzu və xəyallar var ki, çox çətinliklə həyata keçir, bəziləri isə ümumiyyətlə, əlçatmazdır.
Publika.az xəbər verir ki, bu sözləri xoreoqraf, aktrisa Oksana Rəsulova deyib. İnstaqramda şəxsi həyatına dair fikirlərini paylaşan ulduz hesab edir ki, qarşılıqlı sevgi həmişə xoşbəxtlik gətirmir: “Kimsə hardasa sənin üçün yaranıb, bəzən olur ki, lap yaxınında, burnunun ucunda olur, amma sən onu görə bilmirsən. Elə sevgililər var ki, sevə-sevə bədbəxtdirlər, sevginin və zövqün dadını çıxara bilmirlər. Ürəyə qulaq asıb ağıl ilə hərəkət etmək lazımdır, çətin olsa belə. Təbii ki, sevgi olan yerdə də problemlər olur. Elə sevgi olan yerdə çətinliklər və sınaqlar daha çox olur. Nadan xoşbəxtliyi uzaqlarda, müdrik isə onu yanında axtarır”.
Daha sonra Oksana izləyicisinin “Sevdiyin insan səni sənin qədər sevirmi” sualına belə cavab verib: “Məncə onun sevgisi mənimkindən daha çoxdur. 10 il əvvəl də Oksananın xoşbəxt anları olub, amma indiki Oksana daha çox xoşbəxtdir. Diqqətsizliyə çox həssasam, özüm diqqətsiz olmadığım üçün qarşımdakından da sevgi və qayğı gözləyirəm. Qısqanc deyiləm, lakin elə hadisə baş verə bilər ki, məni özümdən çıxara bilər. hazırda qısqanclığıma səbəb yoxdur, amma olsa belə bildirmərəm.
Xəyanəti ancaq bir halada - dərs verəndən sonra bağışlamaq olar, lakin ikinci dəfə yenə olsa, ya göz yummalısınız, ya da...”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
