Magazin1
O adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir - VİDEO
“Bir də şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar var. Düzdür, bu, bütün sahələrdə var, amma bizim sənətdə daha çoxdur. Üzünə gülüb arxanca danışırlar. Bu camiyədə vicdanlı, şərəfli olmaq təəssüf ki, kök altındadır. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Samir Cəfərov “Üzə-düz” verilişində deyib. Müğənni sənətdən yorulduğunu, peşman olduğunu bildirib:
“Qəlbimi qırırlar, amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə Rəşid Behbudovun, Bülbülün davamçısı deyirlər. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o, hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynovun, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb”.
Samir Cəfərov Əməkdar artist Sevda Ələkbərzadədən də bəhs edib:
“Dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Səhnəyə çıxıb bütün dünyanı lərzəyə gətirən sənətçi yoxdur. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o, indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?”
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı































.jpg)



