Magazin1
Rüstəm Cəbrayılov məşhur aparıcı ilə “Xosrov və Şirin” serialında - İLK AÇIQLAMA/FOTO
"Nizami ili" ilə əlaqədar olaraq İctimai televiziya “Xosrov və Şirin” bədii serialının çəkilişlərinə başlayıb.
Publika.az xəbər verir ki, layihənin qəhrəmanları model Rüstəm Cəbrayılov və aparıcı Kəmalə Piriyevadır. Rüstəm Cəbrayılov layihənin detalları barədə ilk xəbərləri bizimlə bölüşüb:
“Bu layihədə Xosrov obrazını canlandırıram. Tərəf müqabilim istedadlı aktisa Kəmalə Piriyevadır. Çəkilişlər sürətlə davam edir, hələ ki, heç bir problemlə qarşılaşmamışıq. İki həftədədir ki, çəkilişlər başlayıb. Çəkiliş heyəti artıq bir-birinə uyğunlaşıb. İnanıram ki, hər kəsin maraqla izləyəcəyi bir layihə olacaq.
Artıq karyerama aktyor kimi davam etmək istəyirəm. Bu günə qədər 4 filmə çəkilmişəm, onların əksəriyyəti Azərbaycan tamaşaçısına təqdim edilməyib. Müasir dövrün Xosrovu olmaq çətin olmadı. Çox sevinirəm ki, belə bir rol məhz mənə təklif edildi. Serial sentyabrda İctimai televiziyada yayımlanacaq”.
Model olmasına baxmayaraq, baş rollarda çəkilən Rüstəm Cəbrayılov peşəkar aktyorların qısqanclığı ilə qarşılaşmadığını da bildirib: “Bəlkə də var, hər halda hiss etməmişəm. ümumiyyətlə, kastinqlərdə iştirak etmirəm, əgər mənə uyğun obraz varsa, birbaşa özümə təklif olunur”.
Qeyd edək ki, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə uyğunlaşdırılıb. Müasir psixoloji dram janrında olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığıyla tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.
Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilmişdir. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır.
Məhz bu əsərin süjeti əsasında serialın çəkilməyinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkilməyə hazırlaşır. Bu baxımdan serialın istehsalı idealoji vasitə kimi mühim əhəmiyyət kəsb edir.
Məlumat üçün qeyd edək ki, çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii-serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Şirin obrazını Kəmalə Piriyeva canlandırır.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin
birgə istehsalıdır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)

















.jpg)
.jpg)





