Magazin1
“Bəyaz həyat” 18 ildən sonra ekranlara qayıtdı - VİDEO
Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva 2 avqust “Milli Kino Günü”nə həsr etdiyi yeni layihəsini təqdim edib.
Publika.az xəbər verir ki, bu dəfə xanım sənətçi bir vaxtlar kifayət qədər məşhur olan “Bəyaz həyat” serialının soundtrekini ifa edib.
Onun “Röya kimi” mahnısında duet ortağı isə 3 yaşında olarkən həmin serialda Nani rolunda çəkilən doğma qızı Emiliya olub. Serialda aktrisa Vəfa Zeynalovanın qızını canlandıran balaca Nani - Emiliyanın hazırda 21 yaşı var və o, müğənni kimi Emmy Lia səhnə adı ilə fəaliyyət göstərir.
Kino günündə “Röya kimi” mahnısına çəkilən klip də təqdim olunub. Klipdə 2003-cü ildə rejissor Rahim Sadıqbəyli tərəfindən lentə alınan “Bəyaz həyat”da rol alan aktyorlar - Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Vəfa Zeynalova, Anar Heybətov, Mələk Abbaszadə, hazırda daha çox “Çöl adamı” layihəsindən tanıdığımız Kamal Dəniz, rejissor Aqil M.Quliyev, aktyorlar Əhməd Salahov, Naina İbrahimova, Samir Ələsgərov 18 ildən sonra yenidən bir araya gəliblər.
Qeyd edək ki, adıçəkilən filmdə Riyadla (Kamal Dəniz) Nigar (Vəfa Zeynalova) arasında olan məhəbbət macərası əsas xətlərdən biridir.
Bununla yanaşı “Bəyaz həyat” serialında o dövrdə narkotik vasitələrdən istifadənin zərərli və təhlükəli tərəfləri də nümayiş olunub. Bu mənada yeni klipi ərsəyə gətirən yaradıcı heyət həm də son günlər cəmiyyətdə aktual olan, xüsusi ilə yeniyetmə və gənclər arasında sürətlə yayılan zərərli vərdişlər mövzusuna da diqqət çəkib, həmin serialda açıq-aşkar görünən kadrlardan da istifadə olunub. Təsadüfi deyil ki, klipdə əsas şüar da məhz belə səslənir: Əsl “Bəyaz həyat”ı sevgidə axtar, narkomaniyada yox!
Sevinc Xanqızı
-
Maraq dünyası17:16Pul qabına bunları qoyun: Ekstrasens sərvət cəlb etməyin sirrini açdı
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...










.jpg)






.jpg)
















.jpg)




