Magazin1
Əməkdar artist Şuşa səfərindən yazdı - FOTO
Mənən ucala bilsən Allaha daha da yaxınlaşarsan...Və bu yaxınlıq mənəvi dünyanı möcüzələr diyarına çevirər və insanı insan edər... Tanrı indi burdadır. Mən onu bu torpaqda görürəm. Tanrını duyduqca ruhumda gözəlliklər çiçək kimi açır, üstəlik vücudumu gözəl naxışlar və boyalarla bəzəyir. Qəlbim fərəh hissi ilə gül baxçasıdır.
Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Gülzar Qurbanova ötən həftə Şuşada keçirilən “Vaqif poeziya günləri” haqqında təəssüratlarını bölüşərkən deyib.
Gövhər Ağa Məscidi və Cıdır düzündən fotolar paylaşan sənətçi dualar edib: “Allahu Əkbər deyib dünyaya hünər göstərən, qəlblərində rəhmlə zəhmin vəhdətini göstərən Azərbaycan Əsgəri! Məsciddən ətrafa yayılan o işığınız bol olsun. Allahın rənginə boyanmış Şəhid qardaşlarım. Bu dünya durduqca qəlbimizdəsiz. Bu günümüzə min şükür”.
Bu yaxınlarda səhhətində ciddi problemlər yaşadığını deyən Əməkdar artist bildirib ki, ümidsizliyə qapılanda vətənin, haqqın, həqiqətin və eşqin daima qalib gəldiyini düşünür və bu, ona rahatlıq gətirir.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı









.jpg)

























.jpg)

.jpg)
