Magazin1
Zülfiyyə Xanbabayevadan ETİRAF: Deyirdilər ki, Şuşanın dağlarını... - FOTO
Bu dəfə Şuşaya tamam başqa ruhda və böyük bir qrupla getmişdik. Şəhidlik zirvəsinə ucalan qərhəmanlarımızın valideynləri, xanımları, balaları və bacıları da bizimlə idi. Həm qürurlu, həm duyğulu, həm qəmgin idik, həm də sevinirdik. Bütün hisslər qarışmışdı. Dualar oxuduq, daha sonra Alim Qasımovun səsi ilə azan səsləndirildi. Şuşa şəhid analarını azan səsi ilə qarşıladı.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. İkinci Şuşa səfərinin təəssüratlarını bölüşən sənətçi qeyd edib ki, “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri bəstəkar Cəlal Qurbanovun, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilir:
“Birinci dəfə deyil ki, şəhid anaları, bacıları və balaları ilə görüşürdüm. “Mənim atam qəhrəmandır” layihəsinin davamı da olacaq. Hər zaman yanlarında olduğumuzu hiss etdirməliyik, ruh yüksəkliyini mütləq göstərməliyik. Fəxr ediləsi analar və həyat yoldaşlarıdır. Çünki onların qəhrəman oğul və həyat yoldaşları torpaqlarımızı canı bahasına azad ediblər, hər zaman başları dik gəzməlidirlər.
Şəhid anaları ilə ilk görüşümüz daha ağır idi, ürək ağrısız mümkün deyildi. Hər dəfə görüşdə duyğulanırıq, həm də bir-birimizə çox bağlanırıq. Körpə uşaqları olan çox cavan gəlinlərimizlə tanış olmaq imkanı qazandım. Axşam düşəndə, özünlə baş-başa qalanda bu dərdin ağrısını hamıdan çox onlar hiss edir. Əlbəttə ki, o yara ömrümüzün sonuna qədər bizi ağrıdacaq. Bacardığımız qədər dəstək olmaq istədik, şəhid ailələri ilə uzun söhbətlərimiz oldu, xatirələrini bizimlə bölüşdülər. Bu bağlılıq o qədər gücləndi ki, növbəti görüşlərdə artıq başqa mövzulardan danışmağa başladıq, göz yaşlarını təbəssümə çevirməyi də bacardıq. Onsuz da bu ağrı keçmir, amma qürur və fəxarət hissi ağrını az da olsa, yüngülləşdirməyə kömək edir”.
Sənətçinin sözlərinə görə, birinci səfərində Şuşada qarşılaşdığı vandalizm izləri onu dəhşətə gətirib:
“Artıq abadlıq işləri gedir, Zəfər yolu ilə getdik. Birinci dəfə Şuşaya 8 saata çatmışdıq, indi daha tez çatdıq. Sözün əsl mənasında Şuşada iş gedir, yollar çəkilir, gözəl hotellər tikilir, yeni-yeni binalar inşa olunur...
Zalım düşmənlərimiz Şuşanı elə vəziyyətə qoymuşdu ki, ilk dəfə gedəndə heyrətə düşmüşdüm. Yavaş-yavaş yazıb-yaratmaq ab-havası yaradılır. “Şuşanın dağları” mahnısını oxuduğum üçün illərlə qınaq mənbəyinə çevrilmişdim. Bəzən deyirdilər ki, Şuşa işğal altındadır, niyə bu mahnını oxuyursan. Halbuki, inanaraq və sevərək oxumuşdum. İnşallah gələcəkdə bu mahnıya aid Şuşanın dağlarında da bir çəkiliş edərəm”.
Aytən Məftun
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı









.jpg)

























.jpg)

.jpg)
