Magazin1
Vüsalə Əlizadə: İgid qardaşımı itirdiyim bu acı günlərimdə…
Sayəndə Vətən bağı al-əlvandır, Azərbaycan Əsgəri! İllərdir havasına, suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz, qürurumuz, qeyrətimiz, gücümüz və sözümüz bir oldu…
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda yazıb. Aparıcı qardaşının vəfatından günlər sonra sosial şəbəkədə müğənni Elnur Məmmədovun “Xarıbülbül azadsan” mahnısında səsləndirdiyi şeiri paylaşıb. O qeyd edib ki, “Xarıbülbül” himni vətən sevgisindən yaranıb:
“27 sentyabr - Dəmir yumruq kimi birləşdiyimiz gün! Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara hayqırış günü… Qazandıq, amma təəssüf ki, itirmədən qazanmaq olmur… Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi… Sayəndə, Azərbaycan Əsgəri! Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum, bir ömürlük borcumuzun bir zərrəsini verməyə çalışdım… Canımdan can olan vətən oğlu, igid qardaşımı itirdiyim bu acı günlərimdə yanımda olan, dəstək olan o analar, bacılar bir daha sübut etdi ki, qeyrət, qürur cinsiyyətdə deyil, bizim qanımızdadır! Dərd ortağınızam, dərdinizə qurban olum, təsəllim sizsiniz. Dastana çevrilən şəhidlərimiz qarşısında baş əyirəm!”
View this post on Instagram
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu







.jpg)






















.jpg)







.jpg)








