Magazin1
“Space”in rəhbəri: Kritik vəziyyətdən çıxmaq üçün…
Hörmətli seyrçilər! 24 il öncə bugünkü gün – 1997-ci il oktyabrın 12-də “Space” TV teleməkanda ilk imzasını atdı. Yarandığı gündən başlayaraq kanal qısa zaman kəsiyində tamaşaçı rəğbətini qazana bildi və uzun illər tamaşaçılar onu yüksək bədii, mənəvi, estetik dəyərlərə söykənən, güclü intellektual potensiala malik televiziya kanalı kimi tanıdı və sevdi.
Publika.az xəbər verir ki, bu sözləri “Space” kanalının rəhbəri Müşfiq Hətəmov sosial şəbəkədə paylaşıb. Kanalın bu mövsümdən etibarən yeni layihələrə start verdiyini deyən Hətəmov anti-böhran tədbirləri həyata keçirildiyini bildirib. M.Hətəmovun mətbuata müraciətini olduğu kimi təqdim edirik:
“Space” mənə həm də ona görə doğmadır ki, 2006-cı ilə qədər bu televiziya ilə əməkdaşlığım olub. Və tale illər sonra “Space” TV-nin yaxşı günlərinin şahidi olmuş bir insanı yenidən doğma məkana qaytardı.
Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların iş birliyi sayəsində anti-böhran tədbirləri həyata keçiririk. İlk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətimizə mane olan problemlər aradan qaldırılır. HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb.
Bütün bunlar speysçilərin ilk və qısa müddətə hesablanmış hədəfləridir. Təbii ki, daha böyük hədəflərimiz də var. Yaxın zamanda daha böyük iddialarla, rəqabətədavamlı fəaliyyətlə teleməkana yeni nəfəs gətirməyi qarşımıza məqsəd qoymuşuq.
Hörmətli seyrçilər, efirimizdə bütün yeniliklər və dəyişikliklər “Space” TV-nin yarandığı gündən şüarı olan “Maariflədirmək. Məlumatlandırmaq. Əyləndirmək.” prinsipləri əsasında sizə təqdim olunacaq.
Sonda “Space” TV-nin sadiq tamaşaçılarına 24 il hər gün bizimlə olduğuna, bizə ümid bəslədiyinə görə dərin minnətdarlığımı bildirirəm.
Əziz tamaşaçılar, siz varsınız deyə biz də varıq. Əmin ola bilərsiniz ki, “Space” TV-nin 25 illik yubileyində kanalımız tam fərqli və yüksək zövqlü tərtibatda evlərinizin qonağı olacaq.
Biz başlayırıq!
Hörmətlə, “Space” TV ailəsi adından
Müşfiq Hətəmov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
