Magazin1
Mətanətin oğlu ilə gəlininin boşanma SƏBƏBİ ÜZƏ ÇIXDI: Evə kimsə gələndə... - - VİDEO
Video əlavə olunub.
xxx
"Mən ev, mülk istəmirəm, balalarımı istəyirəm".
Publika.az xəbər verir ki, bunu Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana "Tarixin bir günü" verilişində deyib.
Sənətçinin keçmiş gəlini bildirib ki, qayınanası ilə sözləri tez-tez çəp gəlirmiş:
"8 il nişanlı qalmışam, 12 ilin gəlini olmuşam. Kərimlə aramızdakı 20 illik sevgidir, bu gün bitir. İlk dəfə nişan taxılandan sonra Mətanət xanım istəmirdi, nişanı geri qaytartdırdı. Niyə üzük taxırdı, niyə qaytarırdı? Sonra 4 il ayrı qaldım Kərimdən. Yenə dayanmırdı, deyirdi "boşayacayıq". Amma özü də boşanmağımızı istəmirdi, ətrafında kimlərsə onun beynini doldururdu. Özü deyirdi ki, mənə qalsa, istəmərəm boşanasınız, sən yaxşı qızsan.

Bizim evimiz olmayıb, kirayədə yaşamışıq. Toyumdan sonra həmişə kirayədə qalmışam, yenə də razı olmuşam. Məni maddiyat, ev, mülk maraqlandırmır, əsas uşaqlarımın şəraitidir. Ancaq yenə də deyirdim ki, Kərim, ananın yanına köçməyək. Çünki qayınanam uşaqları çox ərköyün edirdi, dəhşət dərəcədə. Mən ərköyün böyümələrini istəmirəm. O, həmişə deyir ki, Tuncay sən rahat ol. Evə kimsə gəlir, deyirəm "Oğlum, dur görüş, salam ver". Mətanət xanım deyir ki, sən uşağı niyə incidirsən? Qoy otursun. Yəni mənim tərbiyəm başqadır, onun tərbiyəsi başqa. Həmişə də belə şeylərə görə evdə söz-söhbət yaranırdı".
Xatırladaq ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqlar atanın himayəsinə verilib.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı









.jpg)

























.jpg)

.jpg)
