Magazin1
56 yaşlı Xalq artisti Cıdır düzündə “Sarı gəlin”i oynadı - VİDEO
56 yaşlı Xalq artisti Təranə Muradovanın Cıdır düzündə oynadığı “Sarı gəlin” rəqsi möhtəşəmliyi ilə heyranlıq doğurub.
Publika.az xəbər verir ki, “Fire Land Production”un təşkilatçılığı və Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şuşada Cıdır düzündə, İsa bulağında Xalq artisti, dəyərli sənətkarımız Təranə Muradova uzun illərdən sonra rəqs edib.
Xalq aristini balabanda Əlixan Səmədov müşayiət edib.
“Sarı gəlin”i dinləyən hər bir azərbaycanlı üçün bu mahnı bir başqa doğmadır. Nakam eşq hekayəsi haqqında olan Azərbaycan türklərinin qədim və əsrarəngiz xalq mahnısı “Sarı gəlin” axıcılığı, sadəliyi, ürəyəyatımlığı ilə qəlbləri fəth edir. Elə mahnılar var ki, kəpənək kimi bir günlük ömrü var, amma elə mahnılar da var ki illər, əsrlər onu yaddaşlardan silə bilmir. “Sarı gəlin” də belələrindəndir. Əbədi yaddaşımızdır... Tariximizdir... Və bu tarixi musiqimizin illərlə həsrətində olduğumuz Şuşada səslənməsi bir başqa zövq verir insana.
Çəkilişlərdə sevinc göz yaşlarını saxlaya bilməyən dəyərli sənətkarımız məhz “Sarı gəlin” mahnısının sədaları altında Cıdır düzündə qol götürüb quş kimi süzüb.
Cıdır düzündə, İsa bulağında Təranə Muradovanın bu rəqsi insanı bir daha qürurlandırır, göylərə qaldırır. Əlixan Səmədovun Azərbaycanın qədim musiqi aləti olan balabanda ifa etdiyi “Sarı gəlin” sanki bu torpaq uğrunda canını qurban verən igid Azərbaycan oğullarının ruhuna dualar pıçıldayır.
Allah şəhidlərimizin ruhunu şad etsin. Üçrəngli müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın! Doğma torpaqlarımızda səslənən musiqilərimizin sədası əbədi olaraq düşmənlərimizin qulağını batırsın!
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...







.jpg)








.jpg)


















.jpg)


