Magazin1
Məşhurların Zəfər sevinci - FOTO
8 Noyabr - Zəfər Günü ilə əlaqədar instaqram səhifələri üçrəngli Azərbaycan bayrağına boyanıb.
Publika.az xəbər verir ki, Xalq artistləri, tanınmış musiqiçilər, aktyorlar və idmançılar sosial şəbəkələrdə dayanmadan paylaşımlar edir, Ali Baş Komandana təşəkkür sözləri ünvanlayır, şəhidlərimizə dualar oxuyub ailələrinə başsağlığı verir, qazilərə və Vətən müharibəsi iştirakçılarına cansağlığı arzu edirlər.
Xalq artisti Firəngiz Mütəllimova: “Zəfər Günün mübarək vətən, bu şanlı tarixi bizə canlı yaşadan, tarix yazan Ali Baş Komandanımıza, müzəffər ordumuza, əsgərlərimizə, zabitlərimizə, sərhədçilərimizə, qazilərimizə eşq olsun! Bu torpaqları qanı, canı bahasına bizə qaytaran şəhidlərimizə Allah Rəhmət Eləsin! Onların ruhu qarşısında baş əyirəm! Qazilərimizə Allah şəfa versin, Şuşa, sən azadsan! Qarabağ Azərbaycandır!”
Xalq artisti Tünzalə Ağayeva: “Hər qarışı can və qanla azad olunan Qarabağ, Şuşa, gözün aydın olsun! Ali Baş Komandanın bir əmri ilə Dəmir Yumruq və Müzəffər Ordumuz vətənə qələbə bəxş etdi, bizə fəthi bəxş edən Allaha sonsuz həmd olsun! Şəhidlərimizin ruhu şad olsun, qələbəmiz mübarək, gözün aydın, Azərbaycan!”
Xalq artisti Faiq Ağayev: “Zəfər Günün mübarək, Azərbaycan! Sən Qalibsən! Bütün dünya Qələbəndən danışır. Odlar Yurdum, Ana Vətən, Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan!”
Xalq artisti Röya Ayxan: “Biz bu tarixi qələbəni döyüş meydanında şəhidlər verərək qazanmışıq. 44 gündə keçirdiklərimizi kəlimələrlə ifadə etmək mümkün deyil. Necə həyəcanlı idik. Qəhərləndik, ağladıq, çox qürurlandıq. Sevindik, gözü yaşlı şəkildə küçələrə axışaraq Zəfəri qeyd etdik. Bu, bizim ən böyük birlik nümayişimiz idi. Bizə bunu yaşadan oğullara, Ali Baş Komandana minnətdaram! Qarabağ Azərbaycandır!”
Rəsul Çunayev: “Azərbaycan təmiz qələbələr qazanır! Həm idmanda, həm də döyüş meydanında. Zəfər Gününü bu şüarla paytaxt sakinləri ilə birgə qeyd etdik”.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)