Tanınmışlar qadınlara qarşı zorakılığa DUR DEDİ - FOTO
Bizi izləyin

Magazin1

Tanınmışlar qadınlara qarşı zorakılığa DUR DEDİ - FOTO

25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədər olaraq Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verilib. Zorakılıqla mübarizə məqsədilə sosial şəbəkələrdə dünəndən bəri onlayn çağırış başladılıb.

Publika.az xəbər verir ki, çağırış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi və “USAID/Azerbaijan”ın maliyyələşdirdiyi “Sahibkarlığa və məşğulluluğa iqtisadi dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində həyata keçirilir və 10 dekabr tarixinədək davam edəcək. Bu kampaniya çərçivəsində “Neftçi” komandası 27 noyabr “Səbail” futbol klubu ilə baş tutacaq oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.

Çağırışda Gənclər və idman naziri Fərid Qayıbov, Xalq artisti Miri Yusif, aparıcı İlkin Həsəni, aktyor Kamran Ağabalayev, dünya çempionu Rəsul Çunayev, aparıcı Turanə Hüseynli, ProMete ləqəbli reper Pərviz İsayev, vayner Fuad İsgəndərli və başqaları qoşulub.

Nazir Fərid Qayıbov: “27 noyabr saat 18:15-də “Neftçi” komandası “Səbail” ilə baş tutacaq matçına qadınlara qarşı zorakılığa son demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Hər kəsi bu görüşdə gözləyəcəyəm”.

Aktyor Kamran Ağabalayev: “Yenə deyirəm, mən kişiliyi anamdan öyrənmişəm! 27 noyabr saat 18:15-də “Neftçi” futbol klubu yalnız bir rəng, bir amal uğrunda mübarizə aparacaq. Ölkəmizin qızlarının daha cəsarətli və qorxmaz böyüməsi və qadınlara qarşı zorakılığı sonlandırmaq üçün mən də narıncı rəngi seçirəm. “Bakcell Arena”da “Neftçi” ilə birlikdə zorakılığa son deyəcəm! Hər birinizi bu mübarizəyə qoşulmağa dəvət edirəm”.

Aparıcı Turanə Hüseynli: “Dünyanın bu qədər inkişaf etdiyi, dəyərlərin bu qədər dəyişdiyi bir əsrdə hələ də qadına qarşı şiddət mövzusunun aktual olması, bu mövzuya diqqət çəkən xüsusi günün olması çox məyusedicidir.

Bu gün təhsilinə maneə olunan, erkən nikaha məcbur edilən qızlarımız, şiddətə məruz qalan qadınlarımız üçün səsimizi ucadan çıxarmaq adına, bu mübarizədə mən də varam və zorakılığa son deyirəm!”

Xalq artisti Miri Yusif: “Bu dəfə bütün rəngləri kənara qoyub narıncı rəngi seçirik. “Neftçi” futbol klubu “Səbail” futbol klubu ilə keçiriləcək oyuna qadınlara qarşı zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formalarla çıxacaq. Bu mübarizədə mən də varam və zorakılığa son deyirəm! Hər kəsi 27 noyabr saat 18:15-də “Bakcell Arena”da gözləyəcəyəm”.

İlkin Həsəni: “Qadınlara qarşı məişət zorakılığı planetin hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Təəccüblü deyil ki, müstəqil və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Azərbaycanda da bu statistika ürəkaçan deyil.

“Qadına qarşı zorakılığa son!” şüarı ilə kampaniyaya qatılan “Neftçi” keçirəcəyi oyun vasitəsilə özünün fanat və izləyici kütləsinə, xüsusən də kişilərə xitab edərək, onları gende əsaslı zorakılıqla mübarizəyə qoşulmağa və beləliklə bu fenomenin aradan qaldırılmasına töhfə verməyə çağıracaq. Oyuna qatılacaq “Neftçi” fanatları isə qadınlara qarşı zorakılığı pisləyən və cəmiyyəti bununla mübarizəyə dəvət edən şüarlar yazılmış pankartlarla sevimli klublarının çağırışına dəstək olacaqlar.

Bizimlə birlikdə “Qadına qarşı zorakılığa son!” şüarı ilə bu kampaniyaya dəstək vermək istəyən hər kəsi noyabrın 27-də saat 18:15-də keçiriləcək “Neftçi” – “Səbail” oyununa dəvət edirik”.

Dünya çempionu Rəsul Çunayev: “27 noyabr saat 18:15-də “Neftçi” futbol klubu yalnız bir rəng, bir amal uğrunda mübarizə aparacaq. Ölkəmizin qızlarının daha cəsarətli və qorxmaz böyüməsi və qadınlara qarşı zorakılığı sonlandırmaq üçün mən də narıncı rəngi seçirəm. “Bakcell Arena”da “Neftçi” ilə birlikdə zorakılığa son deyəcəm! Hər birinizi də bu mübarizəyə qoşulmağa dəvət edirəm”.

Reper PRoMete: “27 noyabr saat 18:15-də “Neftçi” komandası “Səbail” ilə baş tutacaq matçına qadınlara qarşı zorakılığa son demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Sizi də bu görüşə baxmağa dəvət edirəm”.

Vayner Fuad İsgəndərli: “Bu mötəbər işin kiçik bir hissəsi olmaq qürurvericidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm