Magazin1
Koronavirusa yoluxan Əməkdar artist: Artıq tabut da tapıblar

Yazıblar ki, vəziyyəti pisdir, hələ şəkil də vurublar, yəqin artıq tabut da tapıblar. Xəbəri dəqiqləşdirmədən yaymaq olmaz. Hər şey yaxşıdır, sadəcə təzyiqim qalxmışdı, gəldilər yoxladılar, test verdim və cavab pozitiv çıxdı. Əvvəlcə özüm də gülməyə başladım, təzyiqdən adam koronavirus olur? Ola bilsin ki, təsir edib, mutasiyaya uğrayır.
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar artist Gülşad Baxşıyeva deyib. Əməkdar artist vəziyyətinin yaxşı olmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Düşmüşəm karantinə, evdə oturmuşam, heç yerə çıxmıram, çünki mən məsuliyyətli adamam. Niyə məndən kiməsə yoluxmalıdır. Evdə müalicə alıram, vitaminlər qəbul edirəm”.
“Nazik mətləb” filmində rol alan aktrisa koronavirusa yoluxduğu üçün dünənki qala gecəsində iştirak edə bilmədiyini deyib:
“Tamaşaçının zövqünü bilmədiyim üçün filmin necə qarşılanacağını bilmirəm, o qərarı mən vermirəm. Bəzi tamaşaçının ürəyi gedə bilər, bəziləri bəlkə pisləyəcək. Rolum çox xoşuma gəldi. Ümumiyyətlə, Mir Cəlal Paşayevin hekayələrini uşaq vaxtı çox oxuyardıq. Çox məzəli, duzlu və könlümüzü açan hekayələri bütün gəncliyin sevimlisi idi. İnternet yox idi, hamı əlinə kitab alıb bədii ədəbiyyat oxuyardı, zehnini inkişaf etdirərdi. İş elə gətirdi ki, bu rollardan biri mənə qismət oldu. Filmin çəkiliş heyəti da çox peşəkar, səviyyəli və işlərini bilən insanlar idi”.
Aytən Məftun

-
Hadisə01:10
Azərbaycanda zəlzələ oldu
-
İdman01:05
“Qızıl top”un qalibi müəyyənləşdi
-
Avropa22 Sentyabr 23:45
Fransa Fələstini dövlət kimi tanıdı
-
İdman22 Sentyabr 22:56
“Uilyams” Bakıda tarix yazdı: “Mercedes”in rəhbəri görün nə hədiyyə etdi
-
Ekologiya22 Sentyabr 22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22 Sentyabr 22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir - Foto/Video
-
MDB22 Sentyabr 21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial22 Sentyabr 21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO