Magazin1
Dilarə Əliyeva: Müğənnilər toydan toy tutur, aktyorlar isə...
“Pandemiyadan sonra ilk kommersiya filmi olaraq “5 Betər”ə çəkildim. Cəmi 5 gün ərzində 13 200 tamaşaçı toplayaraq sıçrayış elədi. Bundan bir neçə gün sonra həm “Cinema plus”, həm də “Park Cinema” eyni filmi göstərə bildi. Buna ən azından nail ola bildik və sözsüz ki, bu, milli filmlərin istehsalına çox böyük dəstək olacaq. Tamaşaçılardan “5 Betər”lə bağlı gözəl sözlər eşidirəm. Bu, bizi çox sevindirir”.
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar artist Dilarə Əliyeva deyib. Sənətçi qeyd edib ki, “5 Betər”ə yaxşı baxış olarsa, yeni filmin çəkilişlərinə start veriləcək:
“Müğənnilər toydan toy tutur, aktyorlar isə filmlərin baxış sayından. Filmə olan maraq kino prodüserlərini də maraqlandırır və biz aktyorlar üçün öz istedadını göstərməyə meydan yaranır. Kinoteatrların açılması pandemiyada kino sahəsində donmuş vəziyyəti yavaş-yavaş əridir”.
Əməkdar artist bildirib ki, filmlərimizin “Netflix”də nümayiş olunması üçün ciddi işlər aparılmalıdır:
“Ard-arda filmlər çəkilməlidir. Üzərimizdə işləməliyik, hər dəfə daha yaxşısını çəkə-çəkə müəyyən bir yerə yaxınlaşmalıyıq. Dünya tamaşaçısının tələb və meyarlarına uyğun olması üçün ilk növbədə kapital olmalıdır. Kreativ ideyanı həyata keçirmək üçün yaxşı maliyyə lazımdır. Əgər yaxşı maliyyə olarsa, biz “Netflix”ə bir addım yaxın ola bilərik”.
Aktrisa komediya filmlərinin tənqid olunmasına da toxunub:
“Artıq kinoteatrlarda nümayiş olunan “Nazik mətləb” və bir neçə həftə sonra böyük ekranlara çıxmağa hazırlaşan “Zəhər tuluğu” dram filmidir. Bir də “5 Betər” var. Gəlin, görək nə baş verəcək?”
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





