Magazin1
Aparıcıdan Oqtay Əliyevə SƏRT CAVAB
Oqtay bəy, siz azyaşlı uşağın nalayiq hərəkətinə niyə onun ağlı ilə düşünüb qərar qəbul edir və sərt rejimdə tərbiyə üsulunu tətbiq etməyi təklif edirsiniz ki? Uşağın görünür psixoloji dəstəyə ehtiyacı var. O da bir canlıdır, övladdır, cəmiyyətimizin bir parçasıdır. “Tərbiyəsiz yetimçə” adlandırıb cəmiyyətdən təcrid etməklə siz bir insanın onsuz da məhv olmaq üzrə olan həyatını uçuruma yönəltmiş olursunuz.
Publika.az xəbər verir ki, bu sözləri “Space” kanalının aparıcısı Fariz İlyas deyib. Aparıcı “Soy” prodakşının rəhbəri, məşhur prodüser Oqtay Əliyevin bir neçə gündür sosial şəbəkələr və yerli mediada gündəmi zəbt edən şagird haqqında səsləndirdiyi fikirlərə cavab verib:
“Diqqətsiz və sevgisiz böyümüş, ailədə şiddət görmüş uşaqlar həmişə ətrafına qarşı şiddət göstərməyə meylli olurlar. Şiddəti şiddətlə susdurmaqla biz cəmiyyət olaraq sağlam mühit əldə edə bilmərik. Xahiş edirəm, hər kəs düşüncələrini ictimaiyyətlə paylaşarkən yüz ölçüb bir biçsin, sizin doğrularınız hər zaman doğru olmaya bilər”.
Qeyd edək ki, sözügedən hadisə Suraxanı rayonu 282 nömrəli tam orta məktəbdə lentə alınıb. 7-ci sinif şagirdi tədris prosesi zamanı özünü aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
