Magazin1
Nura Suri sirrini açdı: Masanı başına çevirdim...
Dünənki mənlə bugünkü mən arasında çox fərq var. Özümü hər gün tərbiyə edirəm. Səbir etməyi öyrənmişəm. Əgər dünən biri yanımda səhv danışırdısa, həddini aşırdısa, masanı başına çevirərdim (etmişəm də). Bu gün susa bilərəm. Çünki insanları yaxşı tanıyıram. Sizi bilərəkdən özünüzdən çıxarmaq və bunu telefona çəkib paylaşa da bilərlər. Səhv edən qalacaq kənarda, doğru, haqlı olacaq günahkar. Bu səbəblərdən diqqətli və səbirli olun.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış sənətçi Nura Suri sosial şəbəkədə yazıb.
Son illərdə özündə baş verən mənəvi dəyişimdən yazan müğənni həssas və psixoloji məqamlara toxunub:
“İnsanların çoxu başqalarının yanında özlərini fərqli göstərməyə çalışdığı halda, mən kiminsə yanında roldan-rola girmək istəmirəm. Amma yenə də özümü hər zaman nəzarətdə saxlayıram. Əvvəllər mübahisə edirdimsə, bu gün sadəcə susub baxıram və insanları gündən-günə daha da yaxşı tanımağı öyrənirəm.
Heç kəsə səhv olduğunu, haqsız danışdığını belə sübut etməyə çalışmıram artıq. Haqsızlığa da susmuram. Sadəcə bəzi insanların fikrinə önəm verməməyi öyrənmişəm. İnsanları yaxşı tanıdıqca da məsafə saxlamağa üstünlük verirəm.
Bizi zatən nə desək də, kənardakı özü kimi görür. Özü nəyə qadirdirsə, bizdə də eynisini görürür. Qurandan don geyinsən xeyri yoxdur - qorxaq qorxaq kimi görəcək, əclaf əclaf kimi. Satqın, əxlaqsız, yaxşı, mərd də eyni. İnsanların sizin haqqınızda nə düşünüb, danışdığını önəm vermədiyiniz gün azad insan olacaqsız, rahatlıq tapacaqsız.
src="/storage/files/upload/e59a74d8d4f56148335af9f81e47336ab278b4d2.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Başqalarından özünüzə qarşı qəbul etmədiyinizi, başqalarına etməməyi öyrənin. Sizə hörmətsiz davranana da hörmətlə yanaşmayın. Sizdən üstün olduğunu sanar, uzaqlaşın elə insanlardan. Məsafə saxlayın, bağlanmayın insanlara. Sizə zərbə vura bilməsinlər deyə heç kəsi və heç nəyi ciddiyə almayın. O zaman nə dedikləri, nə etdikləri vecinizə olmayacaq. Hətta biri sizə yalan danışırsa, üzünə vurmayın, siz də ona eynisini edin. Güzgü olun. Sabah soruşanda ki, niyə belə etdin, deyin bəs sən edəndə yaxşıdır mən edəndə yox?!
Mən arada kirpi kimi oluram, iynələrim sancmaq üçün yox, özümü qorumaq üçündür. Bəzən bilmədən hansısa sözümlə kiminsə qəlbinə dəyirəm, sonra özüm əziyyət çəkirəm. Və o zaman özümə hörmətim artır. Vicdanım var demək ki. Güclü iradəm var, buna görə də özümə hörmətim artır. Çox xoş hissdir özünə dəyər vermək, öz səhvlərini anlayıb, onları bir daha etməmək. Başqalarına yaxşılıq etməkdən də zövq almaq gözəl hissdir, sənə edilən yaxşılığa dəyər vermək də”.
.
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya











.jpg)

























