Magazin1
“Oskar 2022”: Məşhurlar arasında yumruq davası - FOTO
Xəbər verdiyimiz kimi, martın 27-də Los-Ancelesdə ilin əsas film mükafatı olan “Oskar 2022”-nin təqdimat mərasimi keçirilib.
Publika.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Kaliforniya günəşi üfüqdə batdıqdan sonra məşhurlar ənənəvi olaraq Hollivud Bulvarındakı Dolbi kinoteatrına toplaşıb və burada çoxdan gözlənilən heykəlciklər uğrunda mübarizə aparıb.
Lakin bu kino gecəsi təkcə qaliblərin təntənəli çıxışları və göz yaşları ilə deyil, digər qəribə bir hadisə ilə dünyanın yaddaşında qalacaq. Mərasim zamanı görünməmiş bir hadisə baş verib - məşhurlar arasında əsl yumruq davası yaşanıb: söhbət Uill Smitin aparıcı Kris Roka hücumundan gedir. Bütün hay-küy şoumenin çıxışı zamanı Uill Smitin həyat yoldaşı - Jadanın “qısa saçları” ilə zarafat etməsi, onu 1997-ci ildə “GI Jane” filminin qəhrəmanına oxşatması olub. Bu rola görə Demi Mur uzun saçlarını kəsdirmişdi. Jadanın vəziyyətində hər şey fərqlidir.
Hollivud aktyorunun həyat yoldaşı dəfələrlə saç tökülməsi ilə müşayiət olunan alopesiyadan əziyyət çəkdiyini etiraf edib. Məhz buna görə də Kris Rokun saçları ilə bağlı açıqlaması Uill Smiti özündən çıxarıb. Aktyor qəfil yerindən qalxaraq səhnəyə qaçıb və komediya ustasını vurub. Uil Smit tamaşa zalına qayıtdıqdan sonra qışqırmağa davam edub: “Ağzın! arvadımın adını alma”. Aparıcı olayı daha da şişirtməməyə və auditoriyanı güldürməyə çalışsa da, efir kəsilib.
Çoxları bu hadisənin arxasında nə olduğunu başa düşmürdü. Bəziləri iddia edir ki, Kris Roka şillə vurmaq sadəcə olaraq film mükafatının reytinqini yüksəltmək üçün bir hiylədir. Lakin mükafatların təqdim olunması başa çatmasından bir neçə saat sonra hər şey aydın olub: hadisə səhnələşdirilməyib və kino akademiyasının üzvləri bundan sonra nə edəcəklərinə qərar verməlidilər. Komediya ustası Kris Rokun üzünə vurulan yumruq Smitə təsirsiz ötüşməyə bilər. Aktyor 2017-ci ildə qəbul edilmiş mərasim reqlamentini pozduğuna görə mükafatdan məhrum edilə bilər.
“The New York Post” mənbələrə istinadən xəbər verir ki, sənədə əsasən mükafatın təqdimatı zamanı zorakılığın hər hansı təzahürü qadağandır. "Bu təhqirdir. Hamı şokda idi. Çox yöndəmsiz addım idi. Düşünürəm ki, Uill Oskarını geri vermək istəməzdi, amma indi nə olacağını heç kim bilir”, - mənbə "The NY Post"a bildirib.
Yeri gəlmişkən, camaat iki düşərgəyə bölünüb. Kimsə hesab edir ki, Uill sadəcə həyat yoldaşının şərəfini qoruyan əsl kişi kimi davranıb. Digərləri əmindirlər ki, dünya şöhrətli aktyorun bu cür davranması sadəcə olaraq uyğun deyil. Xarici nəşrin məlumatına görə, xəsarət alan Kris Rok açıqlama yazmaqdan imtina edib. Bu nöqtədə Uill Smit "Ən yaxşı aktyor" kimi deyil, Oskar gecəsində saldığı davaya görə heykəlcikdən məhrum edilən ilk aktyor kimi tarixə düşə bilər.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO






.jpg)



























.jpg)


