Magazin1
Məşhur cütlüyün malikanəsi qarət edildi - FOTO
Viktoriya və Devid Bekhemin evi qarət edilib.
Publika.az xəbər verir ki, bu barədə "Nyu Post" məlumat yayıb.
Bildirilib ki, maskalı quldurlar cütlüyün Holland Parkdakı malikanəsinin üst mərtəbəsindəki yataq otaqlarından birinə ev sahibləri və onların 10 yaşlı qızı Harper yatarkən soxulublar. Cütlüyün oğlu Kruz gecə evə qayıdana və qarət edilmiş otaqda şüşə qırıqları tapana qədər oğurluq hadisəsindən heç kəsin xəbəri olmayıb.
"Xoşbəxtlikdən, cinayətkarlar qaçmazdan əvvəl yalnız bir yataq otağına girə biliblər", - polisin açıqlamasında deyilir. Mənbələr iddia edirlər ki, oğrular on minlərlə funt-sterlinq dəyərində paltar və ləvazimatları çıxarsa da, əsas odur, oğurluq zamanı ailədən heç kim xəsarət almayıb.
"Oğurlanmış əşyaların heç biri ailə üçün böyük sentimental dəyər daşımayıb", - xəbərdə qeyd edilib.
London polisi "The Sun"-a hadisəni araşdırdıqlarını təsdiqləyib və bildirib ki, oğurluqda neçə nəfərin əli olduğu aydın deyil.
Fevralın 28-dən martın 1-nə keçən gecə xoşagəlməz hadisənin baş verdiyi məlum olsa da, ailənin özü bu hadisəyə münasibət bildirməməyə üstünlük verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
