Magazin1
Azərbaycan “Avroviziya -2022”nin finalında
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Publika.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.
Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib. Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.
Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.
xxx
23:13
İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
Publika.az">Publika.az xəbər verir ki, ikinci yarımfinalda 18 ölkənin təmsilçisi (Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç) çıxış edir.
Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə yarışır.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.
Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.
Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
