Magazin1
Bəhram Bağırzadə qalmaqallı videosuna görə ÜZR İSTƏDİ: 50 yaşıma çatdım, amma... - VİDEO
Bir neçə gün öncə əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkədə paylaşdığı videoya izləyicilər tərəfindən gələn narazılığa aktyorun özü tərəfindən aydınlıq gəlib.
Publika.az">Publika.az xəbər verir ki, B.Bağırzadə videoda əks olunan şəxsdən kamera qarşısında üzr istəyib.
O, eyni zamanda baş vermiş anlaşılmazlığı şərh də edib. Bildirib ki, baş verənlərə görə iki gecədir özünə gələ bilmir:
“İki gecədir ki, özümə gələ bilmirəm. Narahatçılıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. Tik-Tok-da məsləhətlərlə bağlı bir canlı yayım açdım. İnsanlara yaxınlaşıb, sual verirdim ki, “Nə məsləhət görürsən?”. Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər. Bu zaman isə məhlə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir xoşagəlməz hadisə gələ bilər.
“Qurani Kərim”də belə bir misralar var ki, əgər kiminsə qəlbinə toxunmusansa, birinci Allahdan yox, insanlardan üzr istə. Üzr istə, gəl mənə dua et, sənin günahını yuyum. 50 yaşına kimi gəlib çatdım, amma bu işləri görməmişdim. Hər zaman çalışmışam xeyirxah işlər görüm. Amma belə alındı. Mən öz hərəkətimə görə hamıdan üzr istəyirəm. Əgər kiminsə sinirlərinə toxunmuşamsa, hamıdan üzr istəyirəm. Birinci növbədə də mənim məhəllə uşağım Araz qardaşımdan” - B.Bağırzadə videomüraciətində bildirib.
Aktyorun üzrxahlığı avtomobildə lentə alınıb və öncə çəkdiyi video yer alan şəxs də onun yanında olub. Bəhramın üzrxahlığını qəbul edən şəxs, onu bağışlayıb: “Mən kiməm ki, Allah keçsin günahından. Səhvsiz insan olmur. Hər bir şəxsin başına iş gələ bilər. Sən məndən yaşca da böyüksən, nə olub-olub, öz aramızda qalsın. Allah köməyin olsun. Mən sənə halal edirəm. Lənkəranda qohumlarım narahatdırlar. Onlar və anam bu videoya baxıb rahatlanacaq ki, ciddi bir şey yoxdur. Sən təmiz ürəklə etmişdin, amma başqa cür alındı”.
Qeyd edək ki, sənətçi bir neçə gün əvvəl sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib. Bundan sonra komediyaçı izləyicilərin sərt ittihamları ilə üz-üzə qalıb. O, baş verən bu hadisəyə görə kamera qarşısına keçərək, Araz adlı həmin əlil insandan və hamıdan üzr istəyib.
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto