Magazin1
Rus gözəli Kann Festivalına buraxılmadı - FOTO
Viktoriya Bonyadan təxribatçı görüntüsünə görə Kann Film Festivalının qırmızı xalısını tərk etməsi istənilib.
Publika.az xəbər verir ki, o, bu barədə instaqramda qeyd edib.
Bonya kişi kostyumunda, yapışdırılmış bığ və üzərində dünyada baş verənlərlə bağlı mesaj yazılmış çantası ilə tədbirə daxil olmaq istəyib. Viktoriyanın sözlərinə görə, mühafizəçilər belə bir çıxışın mətbuatın diqqətini həddən artıq cəlb edəcəyini hiss ediblər.
“Bu gün məndən Kann Film Festivalının qırmızı xalısını tərk etməyi tələb etdilər. Mən qanuna tabe olan vətəndaşam, getdim! Ora çantamı gizlədərək, oğurluqla keçmək istəmədim, başımı dik tutub yeridim! Mənə dedilər ki, belə çıxsam, mətbuatda çoxlu yazılar çıxacaq. Fotoqrafların arqumentləri bunlar oldu. Bugünkü mesajım bütün qadınlardan idi! Qadın yalnız bu dünyada sülhə cavabdehdir”, - Viktoriya baş verən olay barədə instaqramda yazıb.
Xatırladaq ki, Bonya Kann kinofestivalının açılışında iştirak etmiş, qırmızı xalı üzərinə çıxmışdı, lakin sonra onun Rusiya Prezidenti Vladimir Putinin təsviri olan köynək geyindiyi köhnə fotoları internetdə tapılan zaman qalmaqalın mərkəzində oldu. İnternet istifadəçiləri Rusiya prezidentini açıq şəkildə dəstəkləyən şəxsin festivalın açılışına dəvət edilməsindən hiddətlənib və təşkilatçıları ikiüzlülükdə ittiham ediblər.
Bonya tənqidçiləri ikili standartlarda ittiham edərək qalmaqala münasibət bildirib və Ukrayna Prezidenti Vladimir Zelenski ilə də filmlərdə rol aldığını xatırladıb.
src="/storage/files/upload/76ad732c5b6dc09213ce3976baa2bfa7464f4caa.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
src="/storage/files/upload/c6cba10db6d0d19ca7c55ba48a11e0b8b0373769.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
