Magazin1
Röya Ayxan Musiqli Teatra gəlir: "Lalayevlə görüşmüşəm..." - VİDEO
"16 yaşımdan W-Trio yarışmasında populyar bir qız idim".
Publika.az">Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan "Şourum" verilişdə xalq artisti Röya Ayxan deyib:
"Artıq neçə ildir ki, böyük səhnədəyəm. Hər zaman böyük sənətkarlar tərəfindən dəstək və alqış almşam. Bu yaşda bəzilərini itirdim, bəziləri hələ də həyatımdadır. Məni dəstəkləyən sənətkarların hər birinə təşəkkür edirəm. Qarşıma yaxşı insanlar çıxanda əhvalım yaxşılaşır. Əhvalım o zaman pis olar ki, makiyajım yaxşı alınmasın. Yuxudan duraram, çünki ağzı üstə yatan insanam, gözüm şişkin olur. Bütünlükdə enerjili adamam".
Xalq artisti teatr tamaşasında oynamaq istədiyini deyib: "Teatrda musiqili tamaşada oynamaq və məni sevənlərin tamaşamı izləməsini istəyərəm. Bu da yüz faiz olacaq. Amma bir də gördün aktyorlar məni qəbul etmədilər. İnşallah, çox böyük aktyorlarla səhnə paylaşmaq istəyirəm. Musiqi dünyamda olan insanların hər birini teatra yönəltmək istəyirəm. Hətta Ramin Qasımov və Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşlərimiz olub".
Röya Ayxan bayağı ifa edən müğənnilərdən də danışıb: "Bu, həmişə olub. Sadəcə indi efirlər buna daha çox imkan yaradır. Düşünürəm ki, bu bitəcək və nə vaxtsa yerinə başqası gələcək. Deyim ki, Röya Ayxan, Tünzalə Ağayeva kimi oxu, alınmaz. Onun yolu budur. Onu başqa yola çəkim?! Qoy sənətdə belə də qalsın..."
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək








































