Sosial
Bu rayonda suarma kanallarına suyun verilməsi dayandırılacaq
Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında yaranmış qəza vəziyyətinin aradan qaldırılması üçün təmir işlərinə başlanılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, təmir tədbirləri ilə əlaqədar cari ilin dekabrın 1-dən İmişli rayonu ərazisində fəaliyyət göstərən suvarma kanallarının əksəriyyətinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
İşlərin təxminən iki ay ərzində tamamlanacağı gözlənilir.
Qeyd edək ki, 1958-ci ildən fəaliyyət göstərən Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzünün suvarma infrastrukturunun əsas hissələrindən biridir. Araz çayı üzərində yerləşən qurğu İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və digər rayonların kənd təsərrüfatı sahələrinin su ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Saniyədə 2 700 kubmetr suötürmə gücünə malik hidroqovşaq yüz minlərlə hektar əkin sahəsinin suvarılmasını təmin edir.
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO















.jpg)





















